azturkxeber.az
http://azturkxeber.az

AQTA Gəncədə baş vermiş qida zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb

14-07-2026

AQTA Gəncədə baş vermiş qida zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb

Gəncə şəhərində təşkil olunan yas mərasimində iştirak edən 6 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırmalara başlayıb. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür.

Qeyd edək ki, 27 yaşlı Tapdıq Həsənli, 75 yaşlı Leyla Hüseynova, 44 yaşlı Ramil Məmmədov və 52 yaşlı Ülviyyə Hacıyeva Gəncə Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu Xəstəliklər şöbəsinə yerləşdiriliblər.

Məlumata görə, zəhərlənən daha iki azyaşlı isə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb. Onların müalicəsi davam etdirilir.

Qeyd edək ki, bu, Gəncədə son 3 gün ərzində qeydə alınan ikinci kütləvi qida zəhərlənməsi hadisəsidir. 2 gün əvvəl də şəhərin Atatürk prospektində yerləşən ünvanlardan birində yas mərasimində iştirak edən 8 sakin qida zəhərlənməsi ilə xəstəxanaya müraciət etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031