azturkxeber.az
http://azturkxeber.az

14 İyul – Böyük yolun başlanğıcı

14-07-2026

1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi xalqımızın taleyində yeni bir mərhələnin əsasını qoydu. Həmin gündən etibarən respublikamızın iqtisadi, elmi, mədəni və sosial inkişafı sürətləndi, Azərbaycanda güclü milli kadr potensialı formalaşdırıldı, gələcək müstəqil dövlətimizin möhkəm təməli yaradıldı.

Bu gün də təəssüf hissi ilə görürük ki, bəzi siyasi dairələr tarixi saxtalaşdırmağa, Heydər Əliyevin Azərbaycan qarşısındakı misilsiz xidmətlərini kiçiltməyə çalışırlar. Lakin tarix siyasi sifarişlə yazılmır və həqiqət kiminsə istəyinə görə dəyişmir.

Əgər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və dövlətçilik məktəbi olmasaydı, 1990-cı illərin əvvəllərində ölkəmizi bürüyən ağır siyasi böhran, iqtisadi tənəzzül, özbaşınalıq və idarəetmə iflası Azərbaycanı dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qoya bilərdi. Bu, tarixin danılmaz həqiqətlərindən biridir.

Bu gün rahat şəkildə müxtəlif iddialar irəli sürənlər əvvəlcə həmin illərin acı reallıqlarını xatırlamalı, sonra hökm verməlidirlər. Tarixə qərəzlə deyil, vicdanla baxmaq lazımdır. Dövlətçilik hər cür siyasi maraqdan üstün tutulmalıdır.

Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan məhz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunu uğurla davam etdirir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, güclü iqtisadiyyatın qurulması və ölkəmizin beynəlxalq nüfuzunun artması bunun ən parlaq sübutudur.

14 İyul təkcə bir tarix deyil. Bu gün Azərbaycanın güclü dövlətə çevrilməsi yolunun başlanğıcı, milli dövlətçilik iradəsinin təntənəsidir.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anıram.

Milli Məclisin deputatı Cavanşir Paşazadə.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031