azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təminatı sahəsində aparılan işlər barədə məlumat verilib

12-06-2026

Nyu-York şəhərində (ABŞ) BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına qoşulan dövlətlərin 19-cu sessiyası keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdir müavini Ülvi Hüseynov və Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini Rəşad Məhərrəmov təmsil ediblər.

Ülvi Hüseynov sessiyada çıxış edərək Azərbaycanın qeyd edilən Konvensiyaya 2008-ci ilin oktyabrında qoşulduğunu və ötən dövrdə Konvensiyanın icrası sahəsində ölkəmizin uğurlu təcrübəsini diqqətə çatdırıb. Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, əlillik sahəsində milli qanunvericiliyin Konvensiyanın prinsiplərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatlara dair məlumat verilib.

Dövlət sosial xidmətlərinin, o cümlədən əlilliyin qiymətləndirilməsi sisteminin elektronlaşdırıldığı, sosial ödənişlər təyinatı və bir sıra xidmətlərin göstərilməsi üzrə proaktiv mexanizmlərin tətbiq edildiyi bildirilib. Əlilliyi olan şəxslərin xidmətlərə çıxışının asanlaşdırılması məqsədilə rəqəmsal həllərin geniş tətbiqi işləri qeyd olunub.

Sessiyanın yan tədbiri olaraq keçirilən, mina qurbanlarının hüquqlarının həyata keçirilməsinə dair tədbirdə ölkəmizdə mina qurbanlarının hüquqlarının təmin edilməsi, onlarla bağlı həyata keçirilən sosial müdafiə, reabilitasiya, psixososial dəstək tədbirləri diqqətə çatdırılıb.

Əlilliyi olan şəxslərin, o cümlədən mina hadisələri nəticəsində əlilliyə məruz qalmış şəxslərin reabilitasiya vasitələri, habelə yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunması sahəsində görülən işlər barədə də məlumat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930