Əl-Küveyt hava limanı uçuşlar üçün yenidən açılır
Küveytin hava məkanı yenidən açılıb. Bununla yanaşı, bu gündən Əl-Küveyt Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.
Azturkxeber.az xəbər verir ki, bunu Küveyt Mülki Aviasiya Baş İdarəsinin sədri Şeyx Həmud Mübarək Həmud əs-Sabah bildirib.
Qeyd olunub ki, bu addım hava nəqliyyatının mərhələli şəkildə bərpası planının bir hissəsidir. Eyni zamanda yaxın dövrdə hava limanında tam fəaliyyətin bərpa olunmasına hazırlıq xarakteri daşıyır.
Xatırladılıb ki, Küveyt fevralın 28-dən bölgədə cərəyan edən hadisələr səbəbindən hava məkanını müvəqqəti olaraq bağlamışdı. Bu qərar sərnişinlərin təhlükəsizliyinin təmin olunması və hava limanında əməliyyatların risklərdən qorunması məqsədilə qəbul edilmişdi.
Küveyt tərəfi hazırda hava hərəkətinin mərhələli şəkildə bərpasına başlayıb və bu istiqamətdə təhlükəsizlik standartlarına tam riayət olunacağını açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: