azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Makaoda keçirilən konqresdə turizm imkanlarını təqdim edib

24-04-2026

Azərbaycan Turizm Bürosu (ATB) 22-24 aprel tarixlərində Çinin xüsusi inzibati ərazisi olan Makaoda keçirilən “Destination Wedding Planners Congress 2026” (DWP) tədbirində iştirak edib.

Azturkxeber.az xəbər verir ki, konqres çərçivəsində ATB nümayəndələri beynəlxalq toy və tədbir təşkilatçıları ilə 20 B2B görüş keçirərək əməkdaşlıq imkanlarını müzakirə edib və qarşılıqlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda, iştirakçılara Azərbaycanda toy mərasimləri və müxtəlif tədbirlərin təşkili imkanları barədə ətraflı məlumat təqdim olunub.

Qeyd edək ki, “Destination Wedding Planners Congress” (DWP) lüks toy təşkilatçılarını qabaqcıl məkanlar, hotellər, destinasiyalar və sənaye tərəfdaşları ilə bir araya gətirən qlobal səviyyədə aparıcı B2B platformalardan biridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930