azturkxeber.az
http://azturkxeber.az

ADY sədri DYƏT ölkələrinin dəmir yolu rəhbərlərinin növbəti iclasında iştirak edib

23-04-2026

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstana işgüzar səfəri çərçivəsində Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT - OSJD) Dəmir Yolu Rəhbərləri Konfransının 40-cı iclasında iştirak edib.

Bu barədə Azturkxeber.az-a ADY mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda DYƏT-ə üzv dövlətlər arasında beynəlxalq dəmir yolu daşımalarının inkişafı və təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olunub.

İştirakçılar Avropa və Asiya arasında dəmir yolu daşımalarının genişləndirilməsi, bu sahədə əlaqələrin daha da gücləndirilməsi və tranzit imkanlarının artırılmasını əsas prioritetlərdən biri kimi qeyd ediblər.

Bununla yanaşı, beynəlxalq dəmir yolu daşımaları sahəsində razılaşdırılmış nəqliyyat siyasətinin formalaşdırılması, dəmir yolu nəqliyyatının fəaliyyət strategiyasının və DYƏT-in uzunmüddətli inkişaf strategiyasının hazırlanması məsələlərinə xüsusi diqqət yetirilib.

Görüşdə həmçinin beynəlxalq nəqliyyat hüququnun təkmilləşdirilməsi istiqamətində aparılan işlər müzakirə edilib. Bu çərçivədə SMPS (Beynəlxalq sərnişin daşımaları haqqında Saziş) və SMGS (Beynəlxalq dəmir yolu yük daşımaları haqqında Saziş), eləcə də digər hüquqi sənədlər üzrə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930