azturkxeber.az
http://azturkxeber.az

Lənkəranda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü dərin hüznlə qeyd olunub

31-03-2026

Martın 31-də Azərbaycanlıların Soyqırımı Günü ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da qeyd olunub. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-muhafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyublar, hadisələrdə günahsız olaraq qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsini dərin hüznlə yad ediblər. Bildirilib ki, Azərbaycan xalqının tarixində silinməz izlər qoymuş 31 mart hadisələri barədə tarixi həqiqətlərin qorunması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq səviyyədə tanıdılması hər bir azərbaycanlının borcudur.

Qeyd edək ki, 1918- ci ilin 30 mart - 3 aprel tarixlərində Bakıda, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri tərəfindən 30 mindən çox azərbaycanlı qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovulub, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031