azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı aparılıb

27-03-2026

Martın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Azturkxeber.az-a verilən məlumata görə, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.

Ceyhun Bayramov və Ararat Mirzoyan, həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031