azturkxeber.az
http://azturkxeber.az

1 nəfəri qəsdən öldürməyə cəhd etməkdə, digər şəxsi isə qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

27-03-2026

Azturkxeber.az xəbər verir ki, Xəzər rayon prokurorluğunun məlumatına görə, martın 26-da paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Vaqif Əmirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Cavanşir Muradovun qonşusu Ruslan Əliyevə silahdan atəş açaraq onu öldürməyə cəhd etməsi, sonra isə həmin silahdan Vaqif Əmirova atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Cinayəti törətməkdə şübhəli bilinən C.Muradov rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031