azturkxeber.az
http://azturkxeber.az

Cao Lıci: Ümumçin Xalq Nümayəndələri Məclisi dövlət başçılarının fəaliyyətinin dəstəklənməsi məqsədilə Azərbaycan Milli Məclisi ilə birgə işləmək niyyətindədir

25-03-2026

Azərbaycan və Çin arasında dostluq əlaqələri dərin tarixi köklərə əsaslanaraq, möhkəm təməl üzərində qurulub və xalqlarımızın fundamental maraqlarına cavab verir.

Bu fikri Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə səsləndirib.

Cao Lıci qeyd edib ki, son illərdə iki ölkə prezidentinin müdrik rəhbərliyi altında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qeyd olunub ki, ötən il Azərbaycan və Çin liderləri arasında iki görüş keçirilib və Ümumçin Xalq Nümayəndələri Məclisi dövlət başçılarının bu fəaliyyətinin dəstəklənməsi və ölkələrimiz arasında əlaqələrə yeni ölçülərin qazandırılması məqsədilə Azərbaycan parlamenti ilə birgə işləmək niyyətindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031