azturkxeber.az
http://azturkxeber.az

Qazax rayonunda açıq ərazidə baş vermiş yanğın operativ şəkildə söndürülüb (VİDEO)

24-03-2026

Azturkxeber.az xəbər verir ki, bu barədə FHN-ın Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Daşsalahlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2 ha sahədə qamışlıq yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031