azturkxeber.az
http://azturkxeber.az

Qətərdə helikopter qəzasında 7 nəfər həlak oldu - Aralarında türk hərbçilər də var

22-03-2026

Qətərdə hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

Azturkxeber.az “Al Jazeera”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında planlı uçuş zamanı baş verib.

Qətər Müdafiə Nazirliyinin “X” platformasında yaydığı rəsmi məlumatda bildirilir ki, helikopter texniki nasazlıq nəticəsində idarəetməni itirərək dənizə düşüb. Göyərtədə ümumilikdə yeddi nəfərin olduğu bildirilir.

Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi Qətərdə baş verən helikopter qəzası ilə bağlı xəbəri təsdiqləyib.

Məlumata görə, Qətər-Türkiyə Birgə Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopter martın 21-i axşam saatlarında texniki nasazlıq səbəbindən dənizə düşüb. Faciəvi qəza nəticəsində ümumilikdə 7 nəfər həlak olub.

Nazirliyin məlumatına görə, şəhid olanlar arasında Türkiyə Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu, ASELSAN şirkətinin 2 texniki əməkdaşı və Qətər Silahlı Qüvvələrinin 4 əməkdaşı yer alır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031