azturkxeber.az
http://azturkxeber.az

Türkiyədəki azərbaycanlı rəssamların yeni layihələrə cəlb olunması nəzərdə tutulur

20-03-2026

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov uzun illərdir İstanbulda yaşayan azərbaycanlı rəssamlar və dekorativ sənət ustaları ilə görüşüb.

Topkapı Mədəniyyət Məhəlləsinin simpoziumlar salonunda baş tutan görüşdə Türkiyədə Azərbaycan milli mədəniyyətinin təbliği və bu istiqamətdə həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparılıb.

Xüsusilə, Azərbaycan və Türkiyə arasında xəttatlıq, miniatür, sulu boya, akvarel və keramika sahələrində təcrübə mübadiləsinin həyata keçirilməsi, ustad dərslərinin (seminarların) və birgə sənət düşərgələrinin təşkilinə dair təkliflər müzakirə olunub.

Görüşdə, həmçinin Azərbaycan rəssamlarının əsərlərinin Türkiyədə beynəlxalq incəsənət sərgilərində nümayişi və onların Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən layihələrdə fəal iştirakı məsələləri ilə bağlı rəssamların təklifləri dinlənilib.

Azərbaycanın Əməkdar rəssamı Teymur Rzayev, tanınmış rəssamlar Hicran Əlioğlu, Tarıyel Əlizadə, Vaqif Zeyidquliyev, Ramilə Əliyeva və gənc rəssamlar fəaliyyətləri haqqında danışaraq, onların sənətinə diqqət və qayğı göstərildiyi, təşəbbüslərinin dəstəkləndiyi üçün Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

Yekunda müzakirələr əsasında konkret layihələr və təkliflərin hazırlanması razılaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031