azturkxeber.az
http://azturkxeber.az

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin bayram təbriki

20-03-2026

Əziz həmvətənlər!

Hörmətli şəhid ailələri, qazilər, müharibə veteranları, hərbi qulluqçular və mülki işçilər!

Sizi baharın gəlişini, yeniliyi və milli həmrəyliyi təcəssüm edən Novruz bayramı, eyni zamanda mərhəmət, paylaşma və mənəvi saflıq rəmzi olan Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavan həyat və xoşbəxtlik arzulayıram.

Novruz xalqımızın minilliklərdən süzülüb gələn zəngin milli-mənəvi dəyərlərini, adət-ənənələrini və mədəni irsini yaşadan, cəmiyyətimizdə birlik və bərabərliyi möhkəmləndirən müqəddəs bayramdır. Bu əziz günlər təbiətin oyanışını, torpağın dirçəlişini, ruzi-bərəkətin artmasını müjdələyir. Ramazan bayramı isə insanları xeyirxahlığa, mərhəmətə, yardımlaşmaya səsləyərək cəmiyyətimizdə humanizm və mənəvi saflıq kimi ali dəyərləri daha da gücləndirir.

Bu gün xalqımız Novruz və Ramazan bayramlarını qalib dövlətin, qürurlu millətin nümayəndələri kimi böyük iftixar hissi ilə qeyd edir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi, Azərbaycan əsgərinin rəşadəti, şəhidlərimizin qanı və canı bahasına əldə olunmuş tarixi Zəfər xalqımızın yaddaşına əbədi həkk olunaraq milli birliyimizin, iradəmizin və sarsılmaz gücümüzün rəmzinə çevrilmişdir.

Bu əlamətdar və müqəddəs günlərdə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir, onların ailələrinə səbir və dözüm arzulayıram.

Qazilərimizə və müharibə veteranlarımıza göstərdikləri fədakarlığa görə hörmətimi bildirir, Vətənə sədaqətlə xidmət edən bütün hərbi qulluqçularımıza təşəkkür edir, onların şərəfli və məsuliyyətli fəaliyyətlərində davamlı uğurlar diləyirəm.

Azərbaycan sərhədçiləri bu gün də yüksək peşəkarlıq, ayıq-sayıqlıq və sarsılmaz iradə nümayiş etdirərək dövlət sərhədlərimizin etibarlı mühafizəsini təmin edir, xalqımızın bayram sevincini əmin-amanlıq şəraitində yaşaması üçün üzərlərinə düşən müqəddəs vəzifəni ləyaqət və şərəflə yerinə yetirirlər.

Hər birinizi Novruz və Ramazan bayramları münasibətilə ürəkdən təbrik edir, ailələrinizə sevinc, süfrələrinizə bol ruzi-bərəkət, evlərinizə əmin-amanlıq arzulayıram.

Bayramlarınız mübarək!

Hörmətlə,

Dövlət Sərhəd Xidmətinin rəisi

general-polkovnik Elçin Quliyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031