azturkxeber.az
http://azturkxeber.az

Türkmənistan Respublikasının əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupu Bakıda!

05-03-2026

Respublikas4 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Türkmənistan Prezidentinin Ahal-təkə atçılıq kompleksinin əfsanəvi "Galkynyş" (Dirçəliş) milli atüstü oyunlar qrupu möhtəşəm nömrələr nümayiş etdirmişdir.

Azturkxeber.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumaına görə, Bakıda ilk dəfə çıxış edən 2025-ci il Monte-Karlo Beynəlxalq Sirk Sənəti Festivalının baş mükafat qalibləri at üzərində müxtəlif hərəkətlər göstərmiş, mükəmməl sinxronluq, mürəkkəb tryuklar, güclü dinamika və yüksək peşəkarlıq səviyyəsi ilə tamaşaçıların zövqünü oxşamışlar.

Şou proqramında həmçinin akrobatlar, müxtəlif janrların artistləri, eləcə də rəngarəng səhnə nömrələri təqdim olunmuşdur.

Proqram Azərbaycan və Türkmənistan bayraqlarının at üzərində səhnəyə gətirilməsi ilə başa çatmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031