azturkxeber.az
http://azturkxeber.az

İdman Paytaxtı seçilən Qazaxda idman növlərinin nümayişi və kitab sərgisi

05-03-2026

"Qazax İdman Paytaxtı–2026” çərçivəsində Qazax şəhərində yerləşən Heydər Əliyev Parkı ərazisində müxtəlif idman növlərinin nümayişi və kitab sərgisi keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, gənclər, idmançılar və məktəblilər iştirak ediblər. Proqram çərçivəsində cüdo, güləş, ağırlıqqaldırma, qol güləşi və digər idman növləri üzrə nümunəvi çıxışlar təqdim olunub. İdmançılar öz bacarıqlarını nümayiş etdirərək tamaşaçılara maraqlı və dinamik anlar yaşadıblar.

Tədbir zamanı Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs edilən kitablar da nümayiş olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031