Azərbaycan Hava Yolları-nın Bakı–Təl-Əviv reysi hava məkanının bağlanması səbəbindən geri qayıdıb

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumatı
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-021 nömrəli Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.
Bu barədə Azturkxeber.az-a
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına 12:24-də uğurla eniş edib.
AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.
Əlavə məlumat əldə etmək üçün sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: