azturkxeber.az
http://azturkxeber.az

Səlahiyyətli nümayəndə vətəndaşları qəbul edib

27-02-2026

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov vətəndaşları qəbul edib.

Bu barədə Azturkxeber.az-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbulda vətəndaşların, o cümlədən şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının müraciətləri dinlənilib. Vətəndaşlar əsasən sosial təminat, məşğulluq, əlillik, kommunal xidmətlər, həmçinin digər sosial məsələlərlə bağlı müraciətlər ediblər.

Səlahiyyətli nümayəndə qaldırılan məsələlərin hər birinin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728