“Gün o gün olsun ki, Novruz bayramını Qarabağda keçirək!” – O gün gəldi

“Gün o gün olsun ki, Novruz bayramını Qarabağda keçirək!” arzusu artıq reallığa çevrilir.
Azturkxeber.az xəbər verir ki, ADY mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Dəmir Yolları (ADY) Novruz bayramı münasibətilə Bakı–Ağdam–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bayram günlərində vətəndaşların rahat və təhlükəsiz səfərini təmin etmək məqsədilə 21, 23, 25 və 28 mart tarixlərində bu marşrut üzrə hər iki istiqamətdə əlavə səfərlər həyata keçiriləcək.
Bu təşəbbüs Novruz bayramını doğma Qarabağ torpağında keçirmək istəyən sərnişinlər üçün əlverişli imkan yaradır. Əlavə reyslər həm bayram günlərində artan sərnişin tələbatını qarşılamağa, həm də regiona səfərləri daha da asanlaşdırmağa xidmət edir.
Biletləri əvvəlcədən əldə etməyiniz tövsiyə olunur.
Bayramınızı Qarabağda qarşılamaq üçün fürsəti qaçırmayın!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: