azturkxeber.az
http://azturkxeber.az

ADY Alabaşlı–Qızılca sahəsində əsaslı təmir işlərini yekunlaşdırır

27-02-2026

Yenilənən infrastruktur, dayanıqlı yükdaşıma imkanları deməkdir.

Azturkxeber.az-a ADY mətbuat xidmətindən verilən məlumata görə,

Azərbaycan Dəmir Yolları (ADY) Alabaşlı–Qızılca dəmir yolu sahəsində əsaslı təmir işlərini yekunlaşdırmaq üzrədir.

1950-ci illərdə istismara verilən və ötən müddət ərzində ilk dəfə kompleks şəkildə yenilənən 20 kilometrlik bu xətt yükdaşımaların təhlükəsizliyini və səmərəliliyini artıracaq. Layihə çərçivəsində xüsusilə dəmir yolu infrastrukturu üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının təhlükəsiz və fasiləsiz daşınması təmin ediləcək.

Görülən işlər regionda logistika imkanlarının genişlənməsinə, yük dövriyyəsinin artmasına və dəmir yolu infrastrukturunun uzunmüddətli dayanıqlığına töhfə verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728