azturkxeber.az
http://azturkxeber.az

2026 - Şəhərsalma və Memarlıq ili

27-02-2026

Xankəndi şəhərində Zəfər parkı

Zəfər parkı 24 dekabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılmışdır. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Pilləkənlərin mərkəzi hissəsində yerləşdirilmiş lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, eləcə də azad olunmuş yaşayış məntəqələrinin adları qeyd olunub. Həmçinin 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə yer alıb.

Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq rəmzi şəkildə 44 metrdir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər Gününü ifadə edən 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub. Doqquzuncu mərtəbədə isə “Zəfər qalereyası” sərgi-nümayiş zalı yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728