Ombudsman Aparatı “Ana Harayı” abidəsini ziyarət edib


Ombudsman Aparatı Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər
Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı “Ana harayı” abidəsini ziyarət ediblər.
Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: