azturkxeber.az
http://azturkxeber.az

Xanyurdu öz sakinlərini qarşılayır

25-02-2026

Keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıdışı davam edir. Xocalı rayonunun Xanyurdu kəndi də, bərpa olunduqdan sonra, öz sakinlərini qarşılayır.

Bu barədə Azturkxeber.az-a mətbuat xidmətindən verilən məlumata görə, kənddə onların rahat və müasir standartlara uyğun yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, eləcə də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Xanyurdu sakinlərinin ata-baba yurduna qayıdışını əks etdirən xüsusi videoçarx hazırlanıb. Doğma ocaqlarına dönən sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canından keçən şəhidlərimizə rəhmət, ailələrinə isə səbir diləyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728