Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb




Fevralın 25-də doğma yurduna yola salınan köç karvanı Horovlu kəndinə çatıb. Bu mərhələdə Horovlu kəndinə 115 nəfərdən ibarət 30 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: