Milli Məclisin deputatı Litvaya səfər edəcək

Milli Məclisin deputatı Cavanşir Feyziyev fevralın 26-da Litva Respublikasının Vilnüs şəhərinə səfər edəcək.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, deputat orada Azərbaycan və Türkiyə Respublikalarının Litva Respublikasındakı səfirliklərinin birgə təşəbbüsü ilə keçiriləcək “Türk Dövlətləri Təşkilatı vasitəsilə əməkdaşlıq və bağlantıların gücləndirilməsi – türk dövlətləri və Baltikyanı region arasında daha yaxın əlaqələr üçün imkanlar” mövzusuna həsr olunmuş tədbirdə iştirak edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: