azturkxeber.az
http://azturkxeber.az

Gəncə şəhərində turistik nişanlanma işləri həyata keçirilib

25-02-2026

Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın turizm baxımından cəlbedici məkanları, tarixi-mədəni abidələri və digər turizm nümayiş obyektləri üzrə turistik nişanların quraşdırılması istiqamətində layihələndirmə və icra işləri davam etdirilir.

Azturkxeber.az-ın məlumatına görə, həyata keçirilən layihə çərçivəsində Gəncə şəhərində turistik nişanlanma işləri aparılıb. Görülmüş işlərə piyada istiqamətverici nişanların quraşdırılması, məlumatlandırıcı lövhələrin yerləşdirilməsi, eləcə də avtomobil yollarında turizm nümayiş obyektlərini göstərən yol nişanlarının tətbiqi daxildir.

Layihənin əsas məqsədi şəhərə səfər edən yerli və xarici turistlərin hərəkətini asanlaşdırmaq, turizm obyektlərinə çıxışı daha rahat və əlçatan etmək, eyni zamanda şəhərin turizm infrastrukturunun keyfiyyətini artırmaqdır.

Turistik nişanlanma sisteminin tətbiqi şəhər mühitində vahid vizual istiqamətləndirmə mühitinin formalaşdırılmasına, turizm marşrutlarının daha aydın təqdim olunmasına və ümumilikdə ziyarətçi məmnuniyyətinin yüksəldilməsinə xidmət edir.

Layihənin digər turizm potensialı yüksək olan bölgələrdə də mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728