Azərbaycan Dəmir Yolu tarixinə aid qiymətli əşyaların foto nümayişi

Azərbaycan Dəmir Yolu Muzeyi sizi dəmir yollarının əsr yarımlıq tarixini əks etdirən qiymətli əşyaların fotosunu paylaşmağa dəvət edir!
Əgər sizdə belə əşyalar varsa — poçt markası, qəzet və jurnal səhifəsi, albom, müxtəlif təyinatlı əşyalar və s. — onların fotosunu muzeyə göndərə bilərsiniz.
Fotoları göndərin: muzeyfondu@ady.az
Sizin göndərdiyiniz fotolar tarixin şahidləri və dəmiryolçuların qiymətsiz yadigarları kimi Azərbaycan Dəmiryol Muzeyində nümayiş olunacaq.
Eyni ünvana sual və müraciətlərinizi də yaza bilərsiniz.
Gəlin tariximizi birlikdə canlandıraq!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: