Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin donorluğun və qan xidmətinin inkişafına dair imzaladığı sərəncamlara uyğun olaraq bu sahədə görülən işlərə və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə həssas münasibətinin bariz nümunəsi olan Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramına dəstək vermək məqsədilə fevralın 12-də Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib.
Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Milli Məclisin rəhbərliyi, deputatlar, Aparatın və İşlər idarəsinin əməkdaşları parlamentdə bu məqsədlə ayrılmış yerdə lazımi tibbi müayinədən keçdikdən sonra qan veriblər.
Aksiyada toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: