Elnar Hüseynov Ordubad rayonunda vətəndaşları qəbul edəcək (DƏMX)

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov fevralın 17-də Ordubad rayonunda sakinləri qəbul edəcək.
Azturkxeber.az xəbər verir ki, qəbul zamanı vətəndaşların Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 11-14 fevral tarixlərində Müfəttişliyə rəsmi şəkildə (demx_nmr@sosial.gov.az elektron ünvanı vasitəsilə) müraciət edərək, qeydiyyata yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: