azturkxeber.az
http://azturkxeber.az

Nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı baş tutub

08-02-2026

Nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı baş tutub.

Azturkxeber.az xəbər verir ki, 8 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı, Azərbaycanla Türkiyə arasında ikitərəfli müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə səylər, eləcə də regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Bununla yanaşı, Yaxın Şərqdə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728