Stasionar sosial xidmət göstərilən benefisiar Ələsgər Ocaqverdiyev doğum günü münasibətilə ziyarət edilib




Azturkxeber.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Həsən Abbasov stasionar sosial xidmət göstərilən Ələsgər Ocaqverdiyevi anadan olması münasibəti ilə ziyarət edib, təbriklərini çatdırıb.
Ələsgər Ocaqverdiyev göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Ələsgər Ocaqverdiyev Sosial Xidmətlər Agentliyinin “Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nin sosial xidmət göstərilən benefisiarıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: