Fevralın 5-də polis əməliyyatları: 68 cinayət açılıb, 138 axtarışda olan şəxs saxlanılıb

Azturkxeber.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
fevralın 5-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 28 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: