azturkxeber.az
http://azturkxeber.az

Burhanəddin Duran zəlzələdən sonra Türkiyədə aparılan ən böyük yenidənqurma prosesindən danışdı

06-02-2026

"6 fevral 2023-cü ildə baş vermiş Kahramanmaraş mərkəzli zəlzələlər Türkiyə tarixinin ən ağır təbii fəlakətlərindən biri kimi yadda qalıb".

Azturkxeber.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib.

O qeyd edib ki, “əsrin fəlakəti” kimi xarakterizə olunan bu faciə böyük dağıntı ilə yanaşı, xalqın həmrəylik ruhu, yardımlaşma ənənəsi və yenidən qurmaq əzmi də bütün dünyaya nümayiş etdirilib.

Duran vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli və prinsipial liderliyi ilə dövlətin bütün resursları səfərbər olunub, fəlakətin ilk anlarından etibarən vətəndaşların yaralarının sarılması istiqamətində genişmiqyaslı və sistemli tədbirlər həyata keçirilib.

Onun sözlərinə görə, zəlzələ bölgəsində respublika tarixinin ən böyük yenidənqurma və inkişaf proqramı icra olunub, şəhərlər müasir infrastruktur, sosial təyinatlı obyektlər və ekoloji baxımdan dayanıqlı memarlıq prinsipləri əsasında yenidən inşa edilib, tarixi-mədəni irs nümunələri bərpa olunub.

Kommunikasiya İdarəsinin rəhbəri bildirib ki, bu genişmiqyaslı transformasiya yalnız fiziki məkanların deyil, eyni zamanda cəmiyyətin ümidinin, rifahının və gələcəyə inamının da bərpasına xidmət edib.

Burhanəddin Duran 6 fevral zəlzələlərində həyatını itirənləri rəhmətlə yad edib, Türkiyə xalqına səbir diləyib və ölkənin hər cür fəlakətdən qorunması üçün dua etdiyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728