Qarabağa həm bilet, həm səfər icazəsi bir toxunuşda!

ADY ilə Ağdama səfər bileti işğaldan azad olunmuş ərazilərə 7 günlük giriş icazəsini təmin edir.
Azturkxeber.az xəbər verir ki, bilet rəsmiləşdirilən zaman DİN-in elektron portalından sözügedən icazə avtomatik əldə edilir.
Səfər günündən bir həftə sonra, yəni növbəti şənbə günü Ağdamdan Bakıya qatarla rahat qayıda bilərsiniz.
Bu fürsəti dəyərləndirin, elə indi biletinizi ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə edin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: