azturkxeber.az
http://azturkxeber.az

Həmidə Ömərova: "Qarabağdakı quruculuq işləri hər birimizdə böyük qürur hissi yaradır"

05-02-2026

Azərbaycanın Xalq artisti, görkəmli kino və teatr aktrisası Həmidə Ömərova işğaldan azad edilmiş ərazilərdə görülən işlər, sakinlərin öz doğma ata-baba yurdlarına geri dönməsi və Böyük Qayıdışla bağlı təəssüratlarını bölüşüb.

Azturkxeber.az-a verilən məlumata görə, Həmidə Ömərova Şuşaya səfəri zamanı Cıdır düzünün möhtəşəm mənzərəsindən heyranlığını gizlətməyən sənətkar, Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki genişmiqyaslı tikinti işlərinin onda böyük qürur hissi yaratdığını bildirib.

Qeyd edək ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən genişmiqyaslı məlumatlandırma və təşviqat kampaniyası həyata keçirilir. Bu layihə çərçivəsində tanınmış ziyalıların, sənət adamlarının və gənclərin iştirakı ilə xüsusi videoçarxlar hazırlanır.

Xalq artisti Həmidə Ömərovanın iştirakı ilə hazırlanan videoçarxı təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728