azturkxeber.az
http://azturkxeber.az

Hacıqabulda 7 kiloqram narkotik vasitə aşkarlanıb

05-02-2026

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 68 yaşlı Rüstəm Quluzadə saxlanılıb.

Bu barədə Azturkxeber.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Ondan ümumi çəkisi 7 kiloqrama yaxın olan narkotik vasitə həşiş, heroin və marixuana aşkarlanıb. R.Quluzadə şəxsiyyəti istintaqla araşdırılan əcnəbi vətəndaş tərəfindən narkokuryerliyə cəlb edildiyini və narkotik vasitələri Gəncə şəhərinə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728