Ucarda oğurluqlar edən iki nəfər saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birindən oğurluq edən Rüstəm İbrahimov və Tərlan Abbasov saxlanılıblar. Gecə saatlarında qara maska ilə mağazaya daxil olan adıçəkilən şəxslər oradan 1500 manatdan artıq pulu ələ keçirərək öz aralarında bölüblər.
Azturkxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, bundan əlavə, R.İbrahimovun bir müddət əvvəl də eyni mağazadan analoji cinayət əməlini törətdiyi və zərərçəkmişə 3000 manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: