azturkxeber.az
http://azturkxeber.az

Rəcəb Tayyib Ərdoğan: Ankara Suriyanın bərpasında Ər-Riyadla əməkdaşlığa hazırdır

04-02-2026

Rəcəb Tayyib Ərdoğan: Ankara Suriyanın bərpasında Ər-Riyadla əməkdaşlığa hazırdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3-də Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ər-Riyadda Krallığın vəliəhdi Məhəmməd bin Salman Əl Səudla görüşüb.

Azturkxeber.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri, xüsusilə energetika, müdafiə sənayesi, investisiyalar, ticarət və texnologiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində yeni addımlar atmağa qətiyyətli olduğunu bildirib.

Tərəflər regional və qlobal proseslərə də diqqət ayırıblar.

Türkiyə lideri Fələstində humanitar böhranın mümkün qədər tez aradan qaldırılması üçün səylərə hazır olduğunu vurğulayıb, Suriyada sabitliyin və ərazi bütövlüyünün qorunmasının əhəmiyyətindən danışıb.

Prezident Ərdoğan qeyd edib ki, Ankara Suriyanın bərpası məsələlərində Ər-Riyadla əməkdaşlığa hazırdır.

Ayrıca olaraq Yəməndə mövcud vəziyyət və Şərqi Afrika ölkələrində baş verən hadisələr müzakirə edilib, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında dörd saziş imzalanıb, həmçinin birgə bəyanat yayımlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728