General-mayor Mürsəl İbrahimovun Abşeron rayonunda vətəndaş qəbulu keçiriləcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 20 fevral 2026-cı il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Cəbrayıl, Qubadlı, Şuşa və Zəngilan şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Azturkxeber.az-a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların 16 fevral 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: