azturkxeber.az
http://azturkxeber.az

YAP Mərkəzi Aparatında partiyanın İdarə Heyətinin üzvü Pərvin Kərimzadənin 50 illik yubileyi münasibətilə görüş keçirilib

03-02-2026

Fevralın 3-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pərvin Kərimzadənin 50 illik yubileyi münasibətilə görüş keçirilib.

Azturkxeber.az-a verilən məlumata görə, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Pərvin Kərimzadə ölkəmizin ictimai-siyasi həyatında hər zaman fəal mövqeyi ilə seçilmiş və çoxillik elmi-pedaqoji fəaliyyətiylə gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə mühüm töhfələr vermişdir: “Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür və İdarə Heyətimizin üzvü, Azərbaycan Respublikası Milli Məclisində partiyamızı təmsil edən deputat kimi milli-mənəvi dəyərlərin və dövlət maraqlarının qorunması istiqamətində şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram”.

Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən Pərvin Kərimzadə Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını, ölkəmizin tərəqqi və Zəfər zirvəsinə yüksələrək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. O, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səy və bacarığını əsirgəməyəcəyini diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728