Ombudsman aparatına ən çox hansı mövzularda şikayətlər baxil olub?

Azturkxeber.az xəbər verir ki, Ombudsman Aparatının məlumatına görə, ən çox müraciətlər kommunal problemlərlə bağlı olub (1172 müraciət). Ondan sonra ünvanlı sosial yardım məsələləri (1171), müalicə hüququnun pozulması (755), Yol Polisi əməkdaşlarının fəaliyyəti (712) və araşdırmaların obyektiv aparılmaması (702) ilə bağlı şikayətlər üstünlük təşkil edib.
Bununla yanaşı, vətəndaşlardan əlillik dərəcəsinin və pensiyaların təyin edilməsi, alimentlərin ödənilməməsi, qanunsuz saxlanılmalar, məhkəmə prosesləri, korrupsiya halları, bələdiyyələrin fəaliyyəti, saxlanma şəraiti, diskriminasiya, evlərin sökülməsi, sığorta məsələləri, məişət zorakılığı və miqrasiya ilə bağlı problemlər üzrə də çoxsaylı müraciətlər daxil olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: