azturkxeber.az
http://azturkxeber.az

Dövlət təhlükəsizliyi xidməti tərəfindən rusiya–ukrayna müharibəsində iştirak edən 4 azərbaycan vətəndaşı saxlanılıb

03-02-2026

Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunublar.

Azturkxeber.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkə qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində, ölkə hüdudlarından kənarda baş verən hərbi münaqişələrdə iştirak etmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onların hüquqi məsuliyyətə cəlb edilməsi məqsədilə operativ-istintaq tədbirləri həyata keçirilir.

Əldə olunmuş məlumata əsasən, ötən dövr ərzində xeyli sayda Azərbaycan Respublikası vətəndaşı Rusiya ilə Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak edib. Nəticədə onların bir çoxu həlak olub, itkin düşüb və ya xəsarət alıb, həmçinin bəzilərinin əsirlikdə saxlanıldığı müəyyən edilib.

Aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşları — 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, Məmmədov Əli Elnur oğlu və 1994-cü il təvəllüdlü Mirqasimli Murov Həsən oğlu — Rusiya və Ukraynanın silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etdikləri sübuta yetirilib.

Bununla əlaqədar qeyd olunan şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, bu cür silahlı münaqişələrdə iştirak Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində törədilən müvafiq cinayət əməllərinə görə şəxslərin məsuliyyətə cəlb edilməsi qanunvericiliyə uyğun şəkildə təmin ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728