Qaxda avtomobilin vurduğu piyada həyatını itirib
Qaxda insan ölümü ilə nəticələnən yol qəzası baş verib.
Fevralın 1-də saat 21 radələrində Elmar Mənsumov idarə etdiyi “Mercedes” markalı avtomobillə Qax rayonunun Güllük kəndi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 78 yaşlı Abdurahman Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: