azturkxeber.az
http://azturkxeber.az

Omanda “Toska” tamaşasının premyerası: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında

01-02-2026

Yanvarın 31-də Oman Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının premyerası olub.

Azturkxeber.az.-ın məlumatına görə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin təqdimatında nümayiş olunan tamaşanı mədəniyyət naziri Adil Kərimli və Oman teatrının rəhbərliyi də izləyib.

Əsas partiyalardan

Mario Kavaradossi rolunu tanınmış tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazovun canlandırdığı səhnə əsəri böyük maraqla qarşılanıb.

Qeyd edək ki, səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib.

Azərbaycan kollektivinin Kral Opera Teatrı kimi məşhur sənət ocağında çıxışı musiqi mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hadisədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728