Müharibəni dayandırmaq üçün nüvə təklifi: İran ABŞ-a 400 kq uran təklif edir

İran ABŞ-la mümkün hərbi qarşıdurmanın qarşısını almaq üçün Türkiyə vasitəsilə 400 kiloqram zənginləşdirilmiş uran təklif edib.
Yaxın Şərqdə gərginlik artarkən İran ABŞ-a gözlənilməz diplomatik təkliflə çıxış edib. Məlumata görə, Tehran Türkiyə vasitəsilə Vaşinqtona hərbi əməliyyatların dayandırılması müqabilində 400 kiloqram zənginləşdirilmiş uranın təhvil verilməsini təklif edib.
Azturkxeber.az xəbər verir ki, bu barədə diplomatik mənbələrin bildirdiyinə görə, Türkiyə bu prosesdə vasitəçi rolunu oynayır və tərəfləri birbaşa danışıqlara təşviq edir. Ankara regionda mümkün genişmiqyaslı münaqişənin qarşısını almaq üçün aktiv diplomatiya aparır.
İran tərəfi hərbi eskalasiyanın region üçün təhlükəli nəticələr doğuracağını vurğulayaraq, nüvə proqramı ilə bağlı müəyyən güzəştlərə hazır olduğunu göstərir. Təklif edilən 400 kiloqram uran beynəlxalq ekspertlər tərəfindən kritik həcm kimi qiymətləndirilir, potensial nüvə silahı istehsalı baxımından ciddi əhəmiyyət daşıyır.
ABŞ isə hələlik rəsmi mövqe açıqlamasa da, Vaşinqtonun uranın tam nəzarət altında təhvil verilməsini tələb etdiyi bildirilir. Analitiklər hesab edir ki, əgər bu təklif qəbul olunarsa, tərəflər arasında ciddi diplomatik razılaşma əldə edilə bilər, əks halda isə bölgədə hərbi qarşıdurma riski artır.
Hazırda danışıqlar pərdəarxası mərhələdə davam edir və yaxın günlərdə rəsmi açıqlamaların verilməsi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: