Sumqayıt Sənaye Parkına mediatur təşkil olunub

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkına mediatur təşkil edilib.
Azturkxeber.az-ın əldə etdiyi məlumata görə, media nümayəndələrinə Sumqayıt Sənaye Parkında görülmüş işlər, parkın fəaliyyəti və burada formalaşan sənaye ekosistemi barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir. Rezidentlərin layihələrinin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda isə 6135 nəfər daimi işlə təmin olunub. Sənaye Parkının rezidentlərinin ümumi satış həcmi 15,4 milyard manata çatıb ki, bunun da 5,7 milyard manatı ixracın payına düşür. Sumqayıt Sənaye Parkında istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: