azturkxeber.az
http://azturkxeber.az

Mərkəzi Bank ilə Çin Xalq Respublikasının “UnionPay” ödəniş sistemi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

30-01-2026

30 yanvar 2026-cı il, Bakı: 30 yanvar tarixində Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov və Çin Xalq Respublikasının “UnionPay” ödəniş sisteminin sədri Van Lisin arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə tərəflər arasında ödəniş kartlarının emissiyası və QR kod texnologiyalarının qarşılıqlı əlaqəliliyinin gücləndirilməsi sahəsində əməkdaşlığın

genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub.

Azturkxeber.az-a verilən məlumata görə, görüşün yekununda tərəflər əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Memorandum Mərkəzi Bank ilə “UnionPay” arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasına, əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, eyni zamanda “UnionPay” kartlarının emissiyası və emalı, çarpaz pul köçürmə sistemlərinin inteqrasiyası, QR və token texnologiyalarının tətbiqi sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə töhfə verəcək.

Anlaşma Memorandumu çərçivəsində nağdsız ödənişlərin inkişafı istiqamətində təşəbbüslərin həyata keçirilməsi, yerli kart sahiblərinə daha sabit, təhlükəsiz və rahat kart təcrübəsinin, kart əsaslı məhsul və xidmətlərin, yeni innovativ məhsulların təqdim edilməsi, nağdsız iqtisadiyyata keçidi təmin edəcək texniki arxitektura və mexanizmlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031