azturkxeber.az
http://azturkxeber.az

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Şəkidə vətəndaşlarla görüşəcək

30-01-2026

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Şəkidə vətəndaşlarla görüşəcək

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova fevralın 6-da Şəki şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

Agentlikdən bildirilib ki, qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ sakinləri iştirak edə bilərlər.

Qeyd edilən şəhər və rayonların sakinləri Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng edərək və ya portal.edu.az vasitəsilə elektron formada müraciət edərək qəbula yazıla bilərlər.

Qəbulda iştirak etmək istəyənlər fevralın 4-ü saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031