azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanlı xizəkçi “Trofeu Borrufa”da ilk çıxışında 5-ci yeri tutdu

30-01-2026


Andorrada keçirilən “Trofeu Borrufa” beynəlxalq xizək yarışında Azərbaycan təmsilçisi uğurlu çıxış edərək aktivinə xallar əlavə edib.

U14 yaş kateqoriyasında ilk dəfə çıxış edən idmançımız Chanelle Axelsson dağ xizəyinin nəhəng slalom növü üzrə yarışda 17 ölkəni təmsil edən 55 idmançı arasında 5-ci yeri tutub.

Qeyd edək ki, “Trofeu Borrufa” gənc və perspektivli xizəkçilərin iştirakı ilə keçirilən və dünya xizək təqvimində xüsusi yer tutan nüfuzlu beynəlxalq turnirlərdən biri hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031