Azərbaycan-BƏƏ XİN başçıları telefon danışıqlarında strateji əlaqələri müzakirə ediblər

Azərbaycan və BƏƏ xarici işlər nazirləri — Ceyhun Bayramov və Abdullah bin Zayed Al Nahyan arasında telefon danışığı baş tutub.
Azturkxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, telefon danışığı zamanı tərəflər arasında Azərbaycanın və BƏƏ-nin strateji tərəfdaşlıq məsələlərini, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: